• DÜNYA

    11:09 28 may 2019

MDB Hökumət Başçıları Şurasının növbəti iclası mayın 31-də keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası mayın 31-də Aşqabadda keçiriləcək.

ONA-nın xəbərinə görə, bu barədə “Belta” MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edəcək, növbəti görüşün tarixini və yerini müəyyənləşdirəcəklər.

Bildirilir ki, iclasda geniş formatda MDB-yə üzv ölkələrin İnnovativ Əməkdaşlıq üzrə Dövlətlərarası Proqram layihəsinin və Birlik ölkələrinin intellektual mülkiyyət hüququnun qorunması sahəsində gömrük orqanlarının əməkdaşlığına dair sazişin hazırlanmasının müzakirə edilməsi planlaşdırılır. Sazişin qəbul edilməsi MDB məkanında gömrük əməkdaşlığının gücləndirilməsini və inkişafını təmin edəcək və gömrük orqanları arasında vacib məlumat mübadiləsi üçün hüquqi əsaslar yaradacaq.

Həmçinin iclasda hökumət başçılarının MDB ölkələrinin Anti-Terror Mərkəzi rəhbərinin birinci müavinini təyin etməsi nəzərdə tutulur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR