"İran ABŞ-la heç vaxt təzyiq altında müzakirə aparmayacaq".
ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
İranlı nazir ABŞ dövlət katibi Mayk Pompeonun təhqiredici danışıq tərzini də tənqid edib: “Pompeo hər dəfə İran haqqında danışanda məni təhqir edir. Nə üçün onun telefon zənginə cavab verməliyəm?”