Meksikanın federal polisi ölkənin cənubundakı Çyapas ştatında Mərkəzi Amerikadan gələn onlarla miqrantın olduğu avtobusu saxlayıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, avtobusda Hondurasdan olan 6 nəfər böyük və 7 nəfər yeniyetmə, 3 salvadorlu, eləcə də Qvatemaladan olan 26 böyük və 33 yeniyetmə olub. Onların heç birinin sənədləri olmayıb. Ehtimal olunur ki, miqrantlar avtobusla ABŞ sərhədinə getmək istəyirmişlər.