• DÜNYA

    03:58 5 avqust 2019

Meksika XİN El-Pasodakı atışmanı meksikalılara qarşı terror aktı kimi qiymətləndirib

Meksika rəhbərliyi Texas ştatının El-Paso şəhər ticarət mərkəzində baş vermiş silahlı insidenti öz həmvətənlərinə qarşı terror aktı kimi dəyərləndirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Marselo Ebrard mətbuat konfransında deyib.

“Biz baş vermiş terror aktının Meksika-Amerika əlaqələrinə və ABŞ-dakı meksikalılara qarşı törədildiyini hesab edirik”, - deyə Ebrard bildirib.

O qeyd edib ki, Meksika hökuməti bununla bağlı məhkəmədə ittiham irəli sürmək niyyətindədir.

Xatırladaq ki, ötən şənbə günü 21 yaşlı bir gənc El-Pasodakı “Cielo Vista” ticarət mərkəzi ərazisində yerləşən “Walmart” mağazasında insanlara atəş açıb. Nəticədə 20 nəfər ölüb, daha 26 nəfər yaralanıb. Polis cinayətkar şəxsi həbs edib. Meksika prezidenti Andres Manuel Lopes Obrador insident qurbanlarından 6 nəfərinin, eləcə də yaralılardan 7 nəfərinin meksikalı olduğunu deyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR