Meksikada 11 sərnişini daşıyan təyyarə qəzaya uğrayıb - [color=red]YENİLƏNİB[/color]
  • DÜNYA

  • 03:46 07 May 2019

Meksikada 11 sərnişini daşıyan təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Meksikanın Koauila ştatında qəzaya uğramış “Bombardier Challenger 601” tipli özəl biznes-sərnişin təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvü həlak olub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bölgənin ictimai təhlükəsizlik nazirliyi tərəfindən yayılmış məlumatda qəza nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.

Bildirilir ki, təyyarədə olanlardan üçü ekipaj üzvü, 10 nəfəri isə sərnişin olub. Təyyarə Okampo bələdiyyəsinin əlçatmaz dağlarına düşüb. İlkin məlumata görə, təyyarə tufana düşüb, bundan sonra pilot məcburi eniş etmək istəyib.

***

Saat 22:28

Meksikanın Koauila ştatının Monklova bələdiyyəsi ərazisində "Bombardier Challenger 601" tipli özəl biznes-sərnişin təyyarəsi qəzaya uğrayıb.

ONA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, təyyarə dağlıq ərazidə yerə çırpılıb.

Bildirilir ki, təyyarənin göyərtəsində üç ekipaj üzvü və 10 sərnişin olub. Onların taleyi barədə hələlik bir məlumat verilmir.

Qeyd edək ki, təyyarə ABŞ-ın Las-Veqas şəhərindən Meksikanın Monterrey şəhərinə uçurmuş.

OXŞAR XƏBƏRLƏR