Meksikanın kurort şəhəri olan Kankunda 22 nəfər naməlum şəxslər tərəfindən qaçırılıb.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kintana-Roo ştatının ictimai təhlükəsizlik naziri Alberto Kapelya məlumat verib.
Bildirilir ki, həmin insanları telefon zənglərinin mübadiləsi mərkəzinin yerləşdiyi binadan qaçırıblar.
Baş vermiş hadisəyə ölkə prezidenti Anders Manuel Lopes Obrador da münasibət bildirib, ancaq o bu rəqəmin 27 olduğunu deyib. Prezidentin qənaətinə görə, söhbət iki düşmən qruplar arasında gedən konfliktdən gedə bilər.