Meksikada Rusiya istehsalı olan Mi-17 tipli helikopter qəzaya uğrayıb.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin hərbi-dəniz donanması nazirliyinin açıqlamasında deyilir.
“Təəssüflə bildiririk ki, San-Luis-Potosi ştatının Valye-Verde şəhəri yaxınlığında qüvvələrimizə məxsus Mi-17 helikopteri qəzaya uğrayıb”, - deyə məlumatda qeyd olunur.
“Excelsior” portalının yazdığına görə, helikopter qonşu Keretaro ştatındakı meşə yanğınlarının söndürülməsində iştirak edirmiş. Onun göyərtəsində 7 nəfər olsa da, hələlik onların taleyi barədə rəsmi açıqlama verilməyib. Ancaq yerli KİV heyət üzvünün ölmə ehtimalını istisna etməyib.