Meksikada baş vermiş ağır yol qəzasında 11 nəfər ölüb.
ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, avtoqəzada daha 18 nəfər də xəsarət alıb.
Bildirilir ki, Sakatekas ştatında qeydə alınmış avtoqəza zamanı sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Ölənlərin arasında 3 azyaşlının olduğu da deyilir. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilib.