• DÜNYA

    05:04 31 may 2019

Meksikada avtobusun yük maşınına çırpılması nəticəsində 5 nəfər ölüb - FOTO

Meksikanın Duranqo ştatındakı avtomagistralların birində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 5 nəfər ölüb.

ONA xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti özünün “Twitter” səhifəsində məlumat verib.

“Bildirilir ki, yaralıların sayı azı 20 nəfərdir. 5 nəfərin öldüyü qeydə alınıb, yaralılara köməklik göstərilməsi əməliyyatı aparılır”, - deyə məlumatda qeyd olunur.

Qəzanın səbəbləri barədə hələlik bir məlumat yoxdur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR