Meksikanın cənubundakı Çyapas ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.
APA-nın "El Universal" qəzetinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yarğana düşüb.
Avtobus San-Kristobal-de-las-Kasas şəhərindən Mexikoya gedirmiş. Rəsmilər hadisənin təfərrüatları ilə əlaqədar istintaq araşdırmalarına başlayıb.
Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat hələ açıqlanmayıb.