Meksikada LeBaron Mormon ailəsinə silahlı şəxslər tərəfindən hücum edilib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, Meksikanın Təhlükəsizlik və mülki müdafiə naziri Alfonso Duraso mətbuat konfransı zamanı deyib ki, hücum nəticəsində ailənin 9 nəfər üzvü öldürülüb.
Onlardan üçü qadın, altısı yetkinlik yaşına çatmayan uşaqlardır.
Nazir qeyd edib ki, hadisə nəticəsində altı yeniyetmə yaralanıb, bir nəfər isə itkin düşüb.