• DÜNYA

    23:00 9 mart 2019

Meksikada gecə klubuna basqın nəticəsində 13 nəfər ölüb

Meksikada gecə klubuna hücum olub.

ONA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə zorakılıq hallarının mütəmadi baş verdiyi Guanajuato ştatının Salamanka şəhərində baş verib. Hücumun kimlər tərəfindən edildiyi məlum deyil. İlkin məlumata görə, bir qrup silahlı şəxs 3 mikroavtobusda “La Playa Men” klubuna daxil olaraq atəş açmağa başlayıblar. Nəticədə 13 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR