• DÜNYA

    21:14 6 aprel 2021

Meksikada iki avtobus toqquşub, 13 nəfər ölüb

Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.

Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.

Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR