Meksikanın Playa-del-Karmen şəhərində barların birində baş vermiş silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
ONA xəbər verir ki, bu barədə Kintana-Roo ştatının baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında iki silahlı şəxs barın yaxınlığından keçərkən onun qarşısında olanlara atəş açıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanları, hərbi qüvvələr cəlb olunub.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.