• DÜNYA

    07:42 15 sentyabr 2019

Meksikada polis rəisi mühafizəçisilə birlikdə öldürülüb

Meksikanın qərbində yerləşən Xalisko əyalətində bələdiyyənin polis rəisi Everardo Prado təhlükəsizlik əməkdaşları ilə birlikdə xidməti tapşırığı yerinə yetirərkən öldürülüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü “Milenio” qəzeti məlumat yayıb.

Bildirilir ki, bir qrup silahlı şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu patrul avtomobilinə atəş açıblar. Bələdiyyə polis rəisi E.Prado yerindəcə dünyasını dəyişib. Onun mühafizəçisi isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Cinayətkarlar hadisə yerindən qaçıblar. İk qətl hadisəsi ilə əlaqədar istintaq işi başlanılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR