• DÜNYA

    06:04 27 may 2019

Meksikada qaçırılmış yük maşını 15 avtomobili əzib, ölənlər və yaralananlar var

Meksikada, paytaxt Mexikonun qərbindəki Alvaro-Obreqon rayonunda qoşqulu yük maşını 15-dək avtomobili əzib.

ONA xəbər verir ki, bu barədə yerli “Televisa” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, ikisi uşaq olmaqla, 10-dan çox insan xəsarət alıb.

Mexikonun mülki təhlükəsizlik naziri Xesus Ortanın bildirdiyinə görə, yük maşınının sürücüsü yoxlama postunda saxlamamasından sonra polis təqibindən qaçırmış. Avtomobil evə çırpılanda təqib bitib.

Bildirilir ki, yük maşını qaçırılmış avtomobil kimi siyahıya alınıbmış. Polislər onun sükanı arxasında olan sürücünü həbs edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR