Meksikanı Verakrus ştatında baş vermiş atışma zamanı üç polis əməkdaşı öldürülüb, daha ikisi yaralanıb.
ONA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, silahlı insidentdə bir dinc sakin də güllə yarası alıb.
Məlumata görə, hadisə kütləvi qətldə adı keçən bir şübhəlinin həbsi zamanı baş verib. Qeyd olunur ki, həmin şəxs aprelin 19-da Minatitlan şəhərində ailə şənliklərinin birində 16 nəfəri güllələyənlərin arasında olub.