Meksikanın paytaxtında naməlum silahlılar zərbxananın (metal pullar çap edən müəssisə) əsas mağazasına hücum ediblər.
APA xəbər verir ki, bu barədə “Televisa” telekanalı məlumat yayıb.
Bildirilir ki, cinayətkarlar mağazanın anbarından qızıl və gümüş sikkələri, eləcə də qiymətli metallardan hazırlanmış qol saatlarını oğurlayıblar. Məlumata görə, oğurlanan əşyaların ümumi dəyəri təxminən 3 mln. dollar olub. Hücum zamanı ölən və ya yaralanan olmayıb.
Hücumçular sonradan motosikletlərlə qaçaraq gizləniblər. Polis hazırda onların axtarışı ilə məşğuldur.