Meksikada Təhlükəsizlik naziri Ömər Qarsiya Arfuçanın avtomobilinə iriçaplı silah və qumbaraatanlarla hücum edilib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika paytaxtının meri Klaudia Şeinbaum Twitter üzərindən yayımlanan brifinq zamanı bildirib.
Yerli vaxtla saat 06:38-də baş vermiş hadisə nəticəsində nazirin 2 mühafizəçisi və təsadüfən yoldan keçən mülki şəxs həlak olub.
Digər yaralanan əməkdaş xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
İsti izlərlə hücumda şübhəli bilinən 12 nəfər saxlanılıb. Prokurorluq tərəfindən hücumun təşkilatçıları axtarışa verilib.