• DÜNYA

    08:14 21 aprel 2019

Meksikada zavod yanır

Meksikanın Toluka şəhərində tullantıların təkrar emalı zavodunda güclü yanğın baş verib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “El Universal” nəşri məlumat yayıb.

Yanğın ötən gün yerli vaxtla saat 16:00-da meydana gəlib. Yanğının söndürülməsinə 12 yanğındanmühafizə briqadası cəlb olunub. Hazırda hadisənin qarşısı hələ də alınmayıb.

Hadisənin baş verməsi səbəbləri və itkilər barədə hələlik bir məlumat verilməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR