• DÜNYA

    05:13 29 noyabr 2020

Melaniya Tramp Ağ Evdə keçirdiyi dövr haqqında xatirə kitabı yazmağı düşünür

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə keçirdiyi dövr haqqında xatirə kitabı yazıb dərc etməyi düşünür.

APA xəbər verir ki, bu barədə “New York Post”un əyləncə bölməsi sayılan “Page Six” internet portalı məlumat yayıb.

Portalın yazdığına görə, Melaniya Tramp bununla bağlı bir sıra görüşlər keçirib və məsləhətləşmələr aparıb.

“Mənə dedilər ki, əri (ABŞ Prezidenti Donald Tramp) də onun bu addımını alqışlayıb”, - deyə mənbə bildirib.

Məqalədə hazırkı rəhbərin həyat yoldaşının həmin kitab nəşrinə görə çox pul ala biləcəyi qeyd olunur. Mənbə bildirir ki, bu, Melaniya Trampa “öz pulunu qazanması üçün yaxşı bir fürsət” qazandıracaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR