ABŞ-ın birinci xanımı Melanya Trampın şəxsi köməkçisi Stefani Qrişam Ağ Evin rəsmi nümayəndəsi təyin ediləcək.
ONA xəbər verir ki, bu barədə M.Tramp özünün “Twitter” səhifəsində yazıb.
Melanyanın sözlərinə görə, Qrişam Ağ Evin yeni mətbuat katibi və əlaqələr direktoru olacaq.
Qeyd edək ki, S.Qrişam M.Trampla 2015-ci ildən işləyir. O, iyunun əvvəlində istefaya gedəcəyini elan edən Sara Sandersi əvəzləyəcək.