Mərakeş hakimiyyəti koronavirusa yoluxma sayının artması səbəbindən bu gündən səkkiz şəhərə giriş-çıxışın qadağan edilməsi ilə bağlı qərar verib.
APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Qeyd edilib ki, son günlərdə koronavirusa yoluxma sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq iyulun 27-də saat 00:00-dan etibarən Kasablanka, Tanjier, Tetuan, Fez, Marrakeş, Meknes, Berraşid və Settat şəhərlərinə giriş-çıxış qadağan olunub.
Qərar əsasən, yalnız xüsusi icazəsi olan müəssisələr faəliyyət göstərəcək. Eyni zamanda yük daşımalar da icazə verilib.
Qeyd edək ki, son sutka ərzində Mərakeşdə 633 yoluxma hadisəsi qeydə alınıb. Bir gün əvvəl isə ölkədə anti-rekord qeydə alınıb - 811 yoluxma.
Krallıqda ümumilikdə 20 mindən çox insan koronavirusa yoluxub. Onlardan 16,4 mini sağalıb, 313-ü ölüb.