• DÜNYA

    02:34 9 fevral 2021

Mərakeşdə sel suları zirzəmidə çalışan 28 nəfərin ölümünə səbəb olub

Mərakeşin Tanjer şəhərində daşqın bir villanın zirzəmisində qanunsuz olaraq yerləşdirilmiş tekstil fabrikində azı 28 nəfərin ölümünə səbəb olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, rəsmi qurumlar tərəfindən 18 nəfər də xilas edilib.

Məlumata görə, suyun dərinliyi 3 metrə çatdığından ölənlərin cəsədlərini hələ ki çıxarmaq mümkün olmayıb.

Bildirilir ki, Mərakeşin qeyri-rəsmi əmək sektoru kənd təsərrüfatına aid olmayan iqtisadi fəaliyyətin təqribən beşdə-birini təmsil edir və işçilər tez-tez təhlükəli iş şəraitində işləməli olurlar.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR