• DÜNYA

    06:08 28 dekabr 2019

Mərakeşli YouTuber ölkə rəhbərini təhqir etdiyinə görə həbs edilib

Mərakeşli YouTuber Məhəmməd Sekkaki 4 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, təxminən 4 min ABŞ dolları cərimə edilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə rəhbəri kral VI Məhəmmədi təhqir etməsi olub.

Sekkaki çıxışlarından birində Mərakeş monarxını heyvana bənzətdiyi bildirilir.

Videoları ilə on minlərlə insanın rəğbətini qazanan YouTuber hazırda məhkəmənin hökmündən şikayət etməyi planlaşdırır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR