• DÜNYA

    11:12 16 may 2019

Merkel: “Avropa Komissiyası “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandıra bilməz"

“Yeni qaz direktivlərinin qəbul olunmasına baxmayaraq Avropa Komissiyası “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandıra bilməz”.

ONA-nın “Handelsblatt” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.

“Layihə demək olar ki, tam təsdiqlənib. Yeni qaz direktivləri Avropa Komissiyasına etiraz imkanlarını tanıyır. Lakin bu, layihəyə də maneə törətmir”,- deyə A.Merkel bildirib.

O əlavə edib ki, “Şimal-Axını-2” layihəsində əsas amil Ukrayna məsələsidir. Onun sözlərinə görə, yeni qaz layihəsinin olmasına baxmayaraq rəsmi Kiyev bu məsələdə tranzit ölkə rolunu saxlamalıdır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR