• DÜNYA

    15:45 10 oktyabr 2021

Merkel: “İranla danışıqlarda mürəkkəb vəziyyət yaranıb”

Almaniya Baş naziri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.
Almaniya Baş naziri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb: “Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük Britaniya və Rusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm. Əgər Birgə Fəaliyyət Planı artıq məqsəd deyilsə, bu, çətin olacaq. Ona görə də bu məsələ ilə bağlı qarşıdakı həftə həlledicidir”.
A. Merkel Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpinlə danışıqlar apardığını nəzərə çatdırıb: “3+3 formatındakı ölkələr arasında birlik nə qədər güclü olarsa, İrana təzyiq göstərmək bir o qədər asan olar. Təəssüf ki, bu format daxilində ölkələr arasına bundan sonra necə hərəkət etməklə bağlı tam razılıq yoxdur. Almaniyanın mövqeyi budur ki, İran birmənalı olaraq danışıqlar masasına qayıtmalıdır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR