• DÜNYA

    05:01 12 may 2019

Məşhur fransız rejissor Jan-Klod Brisso vəfat edib

“Bəyaz toy”, “Gizli ehtiraslar” və “Selin” filmləri ilə məşhurlaşan Fransalı rejissor Jan-Klod Brisso 74 yaşında vəfat edib.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, rejissor Parisdə xəstəxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü barədə məlumat verilməyib.

Jan-Klod Brisso 17 iyul 1944-cü ildə Parisdə doğulub.

O, 1988-ci ildə Cann Film Festivalında iki mükafata layiq görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR