“Türkiyə İranı ABŞ sanksiyalarına qarşı dəstəkləyir”.
ONA İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, sanksiyaları tədbiq edən ölkədən asılı olmayaraq, Türkiyə İran İslam Respublikasına qarşı yönələn bütün qeyri-bərabər hərəkətlərə qarşı çıxır: “Biz bütün qonşularımızla əlaqələrimizin yaxşılaşdırılmasına çalışacağıq”.
M.Çavuşoğlu bildirib ki, Türkiyə regionda sülh, stabillik və inkişafı təmin etmək istəyir.