• DÜNYA

    04:46 31 mart 2019

Mexikoda ozon qazının artmasına görə həyəcan elan olunub

Meksika paytaxtının rəhbərliyi havada ozon qazının miqdarının normadan artıq olmasına görə şəhər ərazisində ekoloji həyəcan elan edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı meqapolisin ətraf mühit komissiyası “Twitter” səhifəsində paylaşıb.

Mütəxəssislərin rəyinə görə, paytaxt Mexikonun da daxil olduğu ölkənin mərkəzi hissəsi hazırda yüksək təzyiq altındadır. Burada atmosfer qatını zəhərləyən hissəciklər daha kəskin müşahidə olunur.

Həyəcan elan olunduğu müddətdə avtomobil nəqliyyatının istifadəsi iki dəfə məhdudlaşdırılır. Sənaye müəssisələri də həmin ərəfədə atmosferə atılan zərərli tullantıların miqdarını 30-40 faizədək azaltmalıdır. Əks halda cərimə tətbiq oluna bilər.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR