Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə “Brexit”lə bağlı səsvermələrin gözlənildiyi ərəfədə Strasburqda Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunkerlə AB ilə olan müqavilənin mətnində dəyişikliklərin edilməsinə dair razılığa gəlib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin nazirlər kabinetinin icraçı direktoru Devid Lidinqton açıqlama verib.
Onun sözlərinə görə, hökumət parlamentarilərə iki yeni sənəd təqdim edəcək. Onlardan biri Aİ-nin Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı maneəsiz sərhədin təmin edilməsinə dair müdafiə mexanizmindən Böyük Britaniyaya qarşı "tələ" kimi istifadə etmədiyini təsdiq edəcək. İkincisi, tərəfləri 2020-ci ilin dekabrınadək "bekstop"u alternativ variantla əvəzləmək cəhdlərindən yayındırmağı nəzərdə tutur.
Qeyd edək ki, Böyük Britaniyanın AB-ni martın 29-da tərk edəcəyi gözlənilir.