• DÜNYA

    06:10 17 sentyabr 2020

Mingəçevirdə bazar yaxınlığında minik maşını yanıb - FOTO


Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, yanğın maşının mühərrikində başlayıb.

İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR