“Brexit”-i dəstəkləyən minlərlə insan Böyük Britaniya parlamentinin qarşısında aksiya keçirir.
ONA BBC-yə istinadən xəbər verir ki, onlar Böyük Britaniyanın Avropa Parlamentindən çıxması prosesinin ləngiməsinə etiraz edirlər. Etirazçılar “Brexit indicə” şüarını səsləndirir. Hazırda Londonda nəqliyyat iflic vəziyyətə düşüb.
İngilis Müdafiə Liqasının təsisçisi Tomi Robinsonun aksiyada çıxışı gözlənilir.