Misir polisi Sinay yarımadasının şimalında 14 silahlını zərərsizləşdirib. Onların əl-Arişdəki nəzarət məntəqəsinə silahlı hücumda iştirak etdiyi deyilir.
ONA “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə qurumun yaydığı açıqlamada deyilir.
“Hücumçuların izlənilməsi nəticəsində silahlı qruplaşmanın əl-Msaid rayonundakı bir köhnə evdə gizləndiyini müəyyən etmək mümkün olub”, - DİN-in açıqlamasında deyilir.
Məlumata görə, silahlılar polis qüvvələrinə atəş açıb və cavab atəşi ilə məhv ediliblər. Onların üzərində 14 silah və 3 kamikadze kəməri olub.