Misir Daxili İşlər Nazirliyi çərşənbə günü ölkədə inqilabın ildönümü ərəfəsində terror hücumu planlaşdıran və ölkədə qadağan edilən “Müsəlman Qardaşlar” qruplaşması ilə əlaqəli qrup üzvlərinin tutulduğunu açıqlayıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları qrup üzvlərini ölkənin şimalındakı Kalyubiya əyalətinin Tux şəhərində saxlayıblar.
Qrup üzvlərindən terror aktlarını həyata keçirmək məqsədilə istifadə ediləcək silah və partlayıcı maddələr, o cümlədən “RPQ”, snayper tüfəngləri aşkar edilib. Həmçinin kameralar, kompüterlə idarə olunan dronlar, məşhur “Joker” xarakterini əks etdirən maskalar, o cümlədən digər vadanlıqlar müsadirə edilərək götürülüb.
Misir Baş Prokurorluğu şübhəlilərin işlərini araşdırır. Digər qrup üzvlərinin də axtarıldığı bildirilib.