• DÜNYA

    17:32 3 iyul 2022

Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb

Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.

Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.

Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR