Misirin mərkəzi Sohaq əyalətində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Akhbar el-Yom” portal məlumat yayıb.
Məlumata görə, Kena şəhərindən paytaxt Qahirəyə gedən sərnişin avtobusu ölkənin şimalındakı Mersa-Matruh şəhərindən əl-Balabiş kəndinə gedən mikroavtobusla toqquşub. Nəticədə yeddi nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.