Misirdə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.
Bununla da Misir Afrika qitəsində bu xəstəliyi qeydə alındığı ilk dövlət olub.
Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, virusun pozitiv əlamətləri ölkəyə yenicə gələn əcnəbi vətəndaşda aşkar edilib. Onun milliyyəti açıqlanmır: “Yoluxmuş şəxsin vəziyyəti sabitdir. O, 14 günlük karantinə yerləşdirilib”.