Misirdə koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.
Dünyasını dəyişən 60 yaşlı şəxsin Almaniya vətəndaşı olduğu bildirilib.