• DÜNYA

    04:51 5 avqust 2019

Qahirədə baş vermiş qəza zamanı partlayış olub, azı 17 ölü, 32 yaralı var - YENİLƏNİB

Qahirədəki Xərçəng İnstitutunun qarşısında baş vermiş yol qəzası azı 17 nəfərin ölümünə, daha 32 nəfərin də xəsarət almasına səbəb olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, qəzadan sonra partlayış da baş verib.

Bundan əvvəl yerli KİV-də 16 nəfərin öldüyü, 21 nəfərin də xəsarət aldığı barədə məlumat yayılmışdı.

Bir neçə avtomobilin toqquşması zamanı partlayış olub. Qəza nəticəsində institutun infrastrukturuna da ziyan dəyib. Xəstələr və tibb işçiləri təcili təxliyyə olunub.

Misirin baş prokuroru partlayışın səbəblərinin təcili araşdırılması və hadisə yerinə təhqiqat qrupunun göndərilməsi üçün göstəriş verib.

***

Saat 04:16

Qahirədə oksigen balonunun partlaması nəticəsində 16 nəfər ölüb, daha 21 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

“Xərçəng İnstitutunda baş vermiş insident nəticəsində bu dəqiqəyə qədər 16 nəfər ölüb, 21 nəfər xəsarət alıb”, - Səhiyyə Nazirliyinin spikeri qurumun sosial şəbəkədəki səhifəsində belə yazıb.

Məlumata görə, hadisəyə səbəb yol qəzası olub. Partlayış sonradan yanğına çevrilib. Onlarla yanğınsöndürən maşın və təcili tibbi yardım hadisə yerinə göndərilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR