• DÜNYA

    04:22 19 aprel 2019

Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var

Misirin Kafr əş-Şeyx əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Masravi” portalı məlumat yayıb.

Qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində təxminən 30 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

İnsidentin səbəbi hələ ki məlum deyil. Araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR