Misirin şimalında terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.
ONA “AlArabiya”-ya istinadən xəbər verir ki, müsəlmanlar Ramazan bayramı münasibətilə ibadət edərkən terrorçuların hücumuna məruz qalıblar.
Məlumata görə, hücumu törədən şəxslərdən 5-i polis tərəfindən zərərsizləşdirilib.
Heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.