• DÜNYA

    01:41 3 may 2019

Missisipi çayı daşıb, ABŞ-ın Ayova ştatında kritik vəziyyət yaranıb

ABŞ-ın Ayova ştatında güclü daşqınlar iflic vəziyyət yaradıb.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qurulmuş bəndlər də Missisipi çayının daşması nəticəsində yaranan təzyiqin qabağını ala bilməyib.

Bir çox yaşayış məntəqələrinin əhalisi qayıqlarla xilas olub. Bununla belə, sinoptiklər çayda suyun səviyyəsinin rekord həddə qədər qalxacağını proqnozlaşdırır.

Məlumata görə, daha 9 ştatda daşqınlar gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR