“Rusiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən bütün məhdudiyyətlər gələn ilin qışında - fevral ayında ləğv edilə bilər”.
APA “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə naziri Mixail Muraşko “Birinci kanal”da bildirib.
Nazir qeyd edib ki, profilaktik dərman preparatlarının nəzarəti altında bunun qarşısı alına bilər: “Düşünürəm ki, məhz bu baxımdan bütün məhdudiyyətlərin ləğvi gələn il fevral ayında ola bilər”.