Keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov özü haqqında filmin premyerasına gələ bilməyib.
ONA TASS-a istinadən xəbər verir ki, 88 yaşlı keçmiş siyasətçi xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya düşdüyündən o, 41-ci Moskva beynəlxalq kinofestivalında təqdim olunan “Qorbaçovla görüş” filminin premyerasında iştirak edə bilməyib.
Filmin müəllifi Andre Singer bildirib ki, Qorbaçov filmin nümayişinə gəlmək istəsə də, həkimlər buna imkan verməyiblər.