• DÜNYA

    14:16 18 mart 2019

Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir

"Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının tərkibi dəyişməlidir".

ONA xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Facebook" səhifəsində paylaşdığı videoda bildirib.

Onun sözlərinə görə, ölkədə keçirilən son prezident seçkiləri birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze potensialını yaxşı nümayiş etdirib.

Saakaşvili vurğulayıb ki, “Vahid Milli Hərəkat” partiyası ümumi səsvermə nəticəsində yeni lider seçməlidir. Çünki ötən il keçirilən prezident seçkiləri Gürcüstanda böyük dəyişikliyin əsasını qoyub. “Partiyada yeni insanlara və idarəçiliyin yeni prinsiplər əsasında formalaşdırılmasına ehtiyac var. İvanişvili məni ölkəyə buraxmır, bizim bəzi liderlər həbsdədir, bu yaxınlarda Kirkitadzeni saxlayıblar. Bu, təbii ki, təşkilatın fəaliyyətini qəlizləşdirir. Bunun öhdəsindən gəlmək üçün biz daima çevik olmalıyıq. Bu vəziyyətdə “Vahid Milli Hərəkat”ın sədrini seçmək vacibdir”, - deyə Saakaşvili qeyd edib.

O, Qriqol Vaşadzenin namizədliyini dəstəklədiyini də sözlərinə əlavə edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR