• DÜNYA

    16:23 8 aprel 2019

Mogerini: “Liviyada humanitar məqsədlər üçün təcili atəşkəsə nail olunmalıdır”

“Liviyada humanitar məqsədlər üçün təcili atəşkəsə nail olunmalıdır”.

ONA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib. Onun sözlərinə görə, yaralılara və mülki vətəndaşlara yardım göstərmək üçün atəşkəs bərqərar olmalıdır.

F.Mogerini əlavə edib ki, Liviyadakı vəziyyəti ölkənin BMT-dəki xüsusi nümayəndəsi Həsən Salamla müzakirə edib: “Gərginliyin qarşısını almaq vacibdir və əminəm ki, avropalılar bu barədə mənimlə həmfikirdirlər”.

Aİ rəsmisi bildirib ki, liviyalılara döyüş deyil, sülh və dialoq lazımdır. “Liviya vətəndaşları dialoqa, dünya ictimaiyyəti isə sülhü dəstəkləməyə hazırdır. İndi Liviyadakı müxtəlif fraksiyalar öz şəxsi ambisiyalarını bir qırağa qoyub xalqın mənafeyi uğrunda çalışmalıdırlar”, - deyə F.Mogerini vurğulayıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR