Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxub.
APA bildirir ki, bu barədə nazir öz Facebook səhifəsində yazıb:
“Mayın 2-də koronavirusa yoluxduğum təsdiqlənib. Hazırda evdə özünütəcrid formasında müalicə alıram”.
Qeyd edək ki, rəsmi məlumata əsasən Moldovada 3980 nəfər koronavirusa yoluxub, 1334 nəfər koronavirusdan müalicə alaraq evə buraxılıb, 124 nəfər isə ölüb.