"Avropa İttifaqı İranla imzalanan beynəlxalq nüvə razılaşmasını dəstəkləyir və rəqibləri bu məsələ ilə bağlı gərginlik yarada biləcək addımlar atmaqdan çəkinməyə çağırır".
ONA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Iranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını imzalayan Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri ilə görüşdən əvvəl deyib.
"Əlimizdə olan bütün vasitələr və siyasi iradəmizlə bu razılaşmanı dəstəkləməyə davam edəcəyik",- deyə o bildirib.