• DÜNYA

    02:50 6 may 2019

Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib - YENİLƏNİB-2

Artıq "Şeremetevo" hava limanında Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib.

ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, uçuş Moskva vaxtı ilə 00:40-da baş tutub.

"Şeremetevo" hava limanının onlayn elektron tablosunda da Moskva-Bakı aviareysi üzrə təyyarənin 00:40-da havaya qalxdığı əks edilib.

Qeyd edək ki, sözügedən aviareysin uçuş qrafikinə dəyişiklik "Şeremetevo"da baş vermiş məlum qəza səbəbindən edilib.

***

01:20

"Şeremetevo" hava limanında baş verən qəza səbəbindən Moskva-Bakı aviareysi gecikmə ilə həyata keçiriləcək.

ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə "Şeremetevo" aeroportunun onlayn tablosunda məlumat yerləşdirilib.

Bu gün saat 23:50-də uçmalı olan Moskva-Bakı istiqaməti üzrə "Su-1852" saylı reysin 00:40-da həyata keçirilməsi gözlənilir.

***

00:15

Rusiyanın "Şeremetevo" hava limanından bu gecə planlaşdırılan Moskva-Bakı aviareysinin vaxtında həyata keçirilməsi gözlənilir.

ONA- nın Moskva bürosunun verdiyi məlumata görə, "Şeremetevo" aeroportunda baş vermiş aviaqəza ilə bağlı onlarla reys gecikmə ilə həyata keçirilir.

Bu gün yerli vaxtla saat 23:50-də olan "Su 1852" saylı Moskva-Bakı aviareysi öz vaxtında həyata keçiriləcək.

"Şeremetevo" hava limanından məlum reyslə Bakıya uçmağa hazırlaşan sərnişinlərin ONA-ya verdiyi məlumata görə, uçuşa qeydiyyatda heç bir problem olmayıb. Qəzanın baş verdiyi ərazi B terminalına aiddir. Moskva-Bakı aviareysi isə E terminalından həyata keçirilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR